"Scopus" elmi bazasında yerləşən impakt faktorlu “İqtisadiyyat və maliyyə icmalı” jurnalında Vüsal Qasımlının məqaləsi dərc edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının "Scopus" elmi bazasında indeksləşən Böyük Britaniyanın “İqtisadiyyat və maliyyə icmalı” (Review of Economics and Finance) beynəlxalq jurnalında “Monetar Şərait İndeksi Monetar siyasətin izahedicisi kimi. Gürcüstan nümunəsində” (Monetary Conditions Index (MCİ) as an Explanatory of Monetary Policy. Case for Georgia) adlı məqaləsi dərc olunub.
Qeyd edək ki, “İqtisadiyyat və maliyyə icmalı” jurnalı impakt faktora malikdir və onun redaksiya şurasının üzvləri Böyük Britaniya, Yaponiya, Çin, Yeni Zelandiya, İspaniya və s. ölkələrin nüfuzlu universitetlərinin professorlarıdır. Məqalənin həmmüəllifləri İİTKM-in şöbə müdiri Günay Quliyeva və baş məsləhətçisi Coşqun Cəfərovdur.
Məqalədə əsas diqqət Monetar Şərait İndeksi istifadə etməklə pul siyasətinin effektivliyini araşdırmağa yönəlib. Araşdırmada qeyd olunur ki, bu indeks faiz dərəcələrini və valyuta məzənnələrini vahid ölçüdə birləşdirir və monetar siyasətin real sektora təsirini qiymətləndirmək üçün istifadə edilə bilər.
Müəlliflər MCI hesablanmasını rüblük əsasda 2011-2021-ci illərin iqtisadi göstəriciləri nəzərə alınmaqla həyata keçiriblər. Məqalədə ekonometrik modelləşdirmədən yararlanaraq, Monetar Şərait İndeksindən monetar siyasətin izahedicisi kimi istifadənin mümkünlüyü nəticəsinə gəlinir.
Məqalə ilə təqdim olunan link vasitəsi ilə tanış olmaq mümkündür: https://refpress.org/ref-vol21-a135/








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib