“Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda seminar keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İngiltərənin Newcastle Universiteti ilə birlikdə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir. Layihənin əsas məqsədi gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində işlərin görülməsidir.
“Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda təlimin ilk günü İİTKM-in Strateji planlaşdırma departamentin rəhbəri Ramil Hüseyn və Layihələr departamentinin rəhbəri Rəşad Hüseynov iştirakçılara ümumi məlumatlar təqdim ediblər. Böyük Britaniyanın Newcastle Universitetinin Biznes Məktəbinin təlimçisi Andrea Laneə isə əlavə edib ki, 3 gün ərzində iştirakçılara innovativ təlim üsulları və alətləri təlim təqdim olunub.
Qeyd edək ki, təlimlər layihə çərçivəsində pilot olaraq seçilən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimləri üçün təşkil olunub.
Layihənin ilkin fazasında 6 nəfərin bu ilin may ayında İngiltərənin Newcastle Universitetinin Biznes Məktəbinə təcrübə və təlimin ikinci mərhələsi olaraq səfər də təşkil olunacaqdır. Bunlarla yanaşı layihə çərçivəsində tərəfdaş və bir çox digər universitetlərdə sahibkarlığın əhəmiyyəti və Britaniya Şurasının təqdim etdiyi onlayn İngilis dili kursları haqqında maarifləndirmə tədbirləri fevral ayından start veriləcək.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu