Sahibkarlar üçün iqtisadi islahatlar barədə seminarlar keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) sahibkarların ölkədə uğurla həyata keçirilən islahatlar barədə məlumatlandırılması üçün son bir həftə ərzində 10-a qədər seminar keçirilib. Bu barədə İİTKM-in PR meneceri Zənurə Talıbova məlumat verib. Seminarlarda vahid on-line ixrac ərizəsi, gömrükdə yaşıl dəhliz, elektron məhkəmənin iqtisadi mühitin yaxşılaşdırılmasında töhfəsi, kredit büroları, daşınar əmlakın yüklülüyü, daşınmaz əmlakın qeydiyyatı, tikintiyə icazələrin alınması, elektrik şəbəkəsinə qoşulma və s. mövzularda müzakirələr təşkil olunub. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azexport.az və digər dövlət qurumlarının nümayəndələri sahibkarlar qarşısında təqdimatlar edərək, aparılan islahatları izah ediblər. Seminarlarda yüzlərlə Azərbaycan sahibkarı iştirak edib və iqtisadi islahatlarla bağlı suallarına cavab alıblar. Tədbirlər zamanı qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyilə aparılan iqtisadi islahatları nəticəsində Azərbaycan hazırda Avropa və Mərkəzi Asiyada ən islahatçı ölkə kimi qiymətləndirilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həmçinin islahatların daha praktik izah edilməsi üçün sahibkarların müxtəlif dövlət qurumlarına məlumat turlarını təşkil edir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu