Rəqəmsal Ticarət Qovşağının təqdimatı keçirilib
Rəqəmsal Ticarət Qovşağının təqdimat mərasimində Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı ilə bağlı bir neçə tanıtım çarxı nümayiş etdirildi. Bunlardan biri sahibkarların Azexport portalına cəlb edilməsi məqsədi daşıyırdı. Diqqət çəkən məqam o idi ki, bu çarx Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bundan öncə Azexport portalı ilə bağlı söylədiyi fikirlər və dövlət başçısının sahibkarlara çağırışı üzərində qurulub. Video çarxda dövlətin bu portal vasitəsilə sahibkarlara yaratdığı imkanlar konkret faktlar əsasında təsvir olunur. Digər çarx Rəqəmsal Ticarət Qovşağının mahiyyətini və onun yaratdığı perspektivləri əks etdirir. Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı başqa bir çarxda Qovşaqla bağlı Estoniyanın Dövlət İdarəçiliyi naziri Mixail Korb, “Silikon Vadisi”nin nümayəndəsi İngrid Rosten, ABŞ-ın Corctaun Universitetinin təmsilçisi Sam Potolikkio, Almaniya Şərqi Avropa İqtisadi Əlaqələri Komitəsinin icraçı direktoru Maykl Harms kimi tanınmışlar Rəqəmsal Ticarət Qovçağı barədə öz rəy və proqnozlarını bildiriblər. Bu fikirlərdə Rəqəmsal Ticarət Qovşağının qısa zaman kəsiyində nəzərdə tutulduğu kimi beynəlxalq bir layihəyə çevriləcəyi əks olunub. Sonuncu çarx isə Azexport portalının bir növ imic reklamıdır. Bu çarxda Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət xadimləri – Çingiz Abdullayev, Fəxriyyə Xələfova, Faiq Ağayev, Rahib Azəri portalı tanıtımını həyata keçirirlər. Bu şəxslərin hamısı Azexport portalını Azərbaycanda və xaricdə təmsil edən ”ulduz səfirlər”dir. Çarxda hər bir Azərbaycan sahibkarına bu portalda təmsil olunmağa çağırış var. Eyni zamanda Azexport-un bir Azərbaycan brendi olduğu və onda ölkəmizdə istehsal olunan ən yaxşı malların toplandığı göstərilir. Başqa sözlə çarxda Azexport portalı məcazi mənada Azərbaycanın qeyri-neft sektorunun siması kimi təqdim olunur. Rəqəmsal Ticarət Qovşağının təqdimatı mərasiminin sonunda iştirakçıların təqdimatla bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib