Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Belçikanın paytaxtı Brüssel şəhərində, Avropa Komissiyasının təşkilatçılığı ilə reallaşan “EU4Business” adlı beynəlxalq toplantıda çıxış edib. Bu tədbirdə tərəfdaş ölkələrdən yüksək səviyyəli rəsmilər, müxtəlif təşkilatlardan nümayəndələr iştirak edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışı zamanı kiçik və orta sahibkarlığın maliyyə çıxışı, innovativ inkişafı və qloballaşması barədə danışıb. O, Azərbaycanda yeni yaradılan Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, bu təşəbbüs Azərbaycanın rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.
Vüsal Qasımlının təqdimatı tədbir iştirakçılarının marağına səbəb olub və Azərbaycanda belə bir rəqəmsal qovşağın yaradılmasını müsbət hal hesab edilib. Onların qənaətinə görə, Rəqəmsal Ticarət Qovşağı elektron imzaların qarşılıqlı tanınmasını təmin etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaq.
Qeyd edək ki, “EU4Business” təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının kiçik və orta sahibkarlığa dəstəyini ehtiva edir. Bu təşəbbüsə kiçik və orta sahibkarlığın inkişafına xidmət edən 27 regional və ikitərəfli layihə, 6 milli hökümətin biznesə dəstək təşkilatları daxildir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf