Rəqəmsal Ticarət Qovşağı beynəlxalq konfransda təqdim olundu
Bakıda “Asan İmza” mobil elektron imza xidmətinin operatoru “B.EST Solutions” Azərbaycan şirkətinin təşkilatçılığı ilə “SMART Mobile Azerbaijan” adlı konfrans keçirilib. Konfrans zamanı bildirilib ki, Azərbaycanda mobil texnologiyalar getdikcə daha çox inkişaf edir. Xüsusilə smartfonların inkişafı insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
Rusiya, Ukrayna, Mərakeş, İran, Özbəkistan, Əfqanıstandan da nümayəndələrin iştirak etdiyi müzakirələrdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzini Azexport portalının rəhbəri Zaur Qardaşov təmsil edib. O “Rəqəmsal Azərbaycan: İnnovativ başlanğıc” adlı məruzə ilə çıxış edərək, Azexport portalı, eləcə də Rəqəmsal Ticarət Qovşağı barədə danışıb. Portal rəhbəri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin imkanları barədə konfrans iştirakçılarına məlumat verib. O bildirib ki, bu Mərkəz ixracatçıların ixrac üçün nəzərdə tutulan bütün prosedurlarını elektronlaşdırır və asanlaşdırır. Bütün bu proseslərin həyata keçirilməsində mobil operatorların fəaliyyəti, mobil pul kisələrin mövcudluğu əsas dəyər zənciridir.
Konfransın təşkilatçısı, “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri Yana Krimpe bildirib ki, rəqəmsal ekspertlərin də böyük marağına səbəb olan müzakirələr gələcəkdə də davam etdiriləcək.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib