"Rəqabət" mövzusunda təlim keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Rəqabət” mövzusunda təlim keçirilib. İİTKM-nin konsaltinq və treyninq üzrə koordinatoru Kamil Ələsgərlinin verdiyi məlumata görə, Avropa İttifaqının TAIEX proqramının Azərbaycanda missiyada olan ekspertləri Filip Brusik və Valentin Derevyankin ilə keçirilən təlimdə sağlam rəqabətin təmin edilməsi və inhisarların aradan qaldırılması sahəsində dünya, xüsusilə də Avropa İttifaqının təcrübəsini bölüşüb, bu sahədə Azərbaycanda mövcud qanunvericilik, institutsional struktur və rəqabət siyasətinə edilə biləcək əlavə və dəyişikliklər haqqında müzakirə aparılıb.
İİTKM-nin koodinatoru Kamil Ələsgərli bildirib ki, sağlam rəqabətə mane olan rəsmi və qeyri-rəsmi anlaşmalar, üfüqi və şaquli müqavilələr, hər hansı iri bazar iştirakçısının öz mövqeyini ədalətsiz şəkildə istifadə etməsi, inhisarlar yaradılması məqsədilə müəssisələrin birləşməsi, eyni zamanda bu hallara dünyada və Avropa İttifaqında geniş yayılmış mübarizə metodları xüsusi müzakirə mövzusudur.
Qeyd edək ki, Avropa İttifaqının ilk 2 həftəlik missiyasının Azərbaycandakı rəsmi tərəfdaşı İİTKM-dir. Ümumilikdə 3 missiyanın olması planlaşdırılıb və missiyaların yekununda hazırlanacaq tövsiyyələr Azərbaycan hökümətinə təqdim olunacaqdır.









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025