Regionlarda özünüməşğulluq proqramı ilə bağlı bazar araşdırması aparılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq müstəvisində gələn ildən özünüməşğulluq proqramı ilə bağlı regionlarda bazar araşdırması aparılacaq.
Məqsəd özünüməşğulluq proqramının sosial-iqtisadi səmərəliyinin artırılması, regionlarda kiçik biznes təsərrüfatlarının potensial imkanlarının müəyyən olunmasıdır. Araşdırma nəticəsində əldə olunan məlumatlar 2021-ci ildə və sonrakı illərdə özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsinə, ünvanlığının, proqram üzrə yaradılan biznes təsərrüfatlarının dayanıqlığının təmin olunmasına öz töhfəsini verəcək.
Dövlət başçısının tapşırığına əsasən icra olunan və əmək bazarının inkişafında önəmli rola sahib olan özünüməşğulluq proqramı əməkqabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsinə şərait yaradır. Bu aktiv məşğulluq tədbiri aztəminatlı vətəndaşların ünvanlı yardım sistemindən kiçik biznesə çıxışına, nəticədə gəlir imkanlarını artırmalarına imkan verir.
Özünüməşğulluq proqramının təşkilində bir çox dövlət və özəl şirkətlər, Dünya Bankı, kommersiya bankları, digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq həyata keçirilir, beynəlxalq təcrübə əsasında proqramın tətbiqi mexanizmi daim təkmilləşir, yeni imkanlar araşdırılır.
Qeyd edək ki, son illərdə özünüməşğulluq proqramının əhatə dairəsi 10 dəfə genişlənib və 2020-ci ildə proqrama cəlb olunanların sayı 12 minə çatıb. Onlar həssas əhali qruplarına aid vətəndaşlardır.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib