"Sənayeləşmə və innovativ inkişaf" mövzusunda ictimai müzakirə keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 mart 2016-cı il tarixlı Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”, 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş və aidiyyatı qurumlara tapşırıqlar verilmişdir.
Dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına müvafiq olaraq, iyulun 5-də Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Xidmətinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “ Sənayeləşmə və innovativ inkişaf” mövzusunda ictimai müzakirə keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasıyasının sektor müdiri Elxan Mikayılov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, dövlət və özəl sənaye müəssisələrinin nümayəndələri, sahibkarlar, gənc alim və doktorantlar iştirak etmişlər.
Çıxışlar zamanı iqtisadi diversifikasiyanın məqsədinin yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ÜDM-in, yerli və dünya bazarında rəqabətqabiliyyətliliyinin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi olduğu qeyd edilmiş, elmtutumlu sahələrin artırılması ilə milli iqtisadiyyatın yeni mərhələyə keçdiyi, innovativ inkişafa qədəm qoyduğu bildirilmişdir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib