"Azərbaycanda turizm: strateji baxış" mövzusunda ictimai müzakirə keçirilib
İyunun 9-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Azərbaycanda turizm: strateji baxış" mövzusunda ictimai müzakirə keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti, Mədəniyyət və Turizm Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.Turizm və iqtisadiyyatın digər sahələri üzrə ekspertlərin iştirak etdiyi müzakirə Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi yollarının araşdırılması məqsədilə təşkil olunub. Müzakirə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" adlı sənədin əsasında aparılıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tədbiri açaraq ölkə iqtisadiyyatının inkişafı istiqamətində atılan addımlardan danışıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet sahələrdən biri olduğunu bildirib, son illər bu sahədə görülən işlər haqqında məlumat verib. Qeyd olunub ki, son bir neçə ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın turizm sənayesi özünün inkişaf dövrünü yaşayır: "Bu gün turizm dünya iqtisadiyyatının üç əsas istiqamətlərindən biri kimi sürətlə inkişaf etməkdədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra turizm sənayesinin inkişafı üçün böyük layihələr icra olundu. Dünya miqyasında tanınan brend hotellər istifadəyə verildi. İndi ölkəmizdə ümumi daxili məhsulun 4,5 faizini turizmdən gələn gəlirlər təşkil edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 3
6-cı yerdədir. Hazırda Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb”.
ƏbülfəsQarayev turizmin iqtisadi amil kimi inkişafı, bu sənayenin inkişafı nəticəsində yeni iş yerlərinin açılmasına müsbət təsirlərini qeyd edib. Həmçinin vurğulayıb ki, mədəniyyət və turizmin qarşılıqlı inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər daha da sürətləndiriləcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov çıxış edərək Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, neft gəlirlərindən istifadə edilərək ölkəmizdə böyük infrastruktur layihələri icra olunub və bu sahədə həyata keçirilən işlər uğurla davam etdirilir. Çıxışlarda ölkə iqtisadiyyatının əsas istiqamətlərindən biri olan turizmin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tədbir Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun moderatorluğu ilə ictimai müzakirələrlə davam edib. Müzakirələrdə ölkəmizdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin 11 istiqamətindən biri olan turizm sənayesinin inkişaf etdirilməsindən söz açılıb. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib