“Qiymət İzləmə Tətbiqi” işçi qrupun iclası keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Qiymət İzləmə Tətbiqi” (QİT) ilə bağlı müvafiq dövlət qurumlarının iştirakı ilə alt işçi qrupun növbəti iclası keçirilib.
Görüşdə “İnflyasiya və qiymət monitorinqi” üzrə İşçi qrupun iyul ayında keçirilmiş iclasının nəticəsi olaraq aidiyyəti dövlət qurumlarına verilmiş tapşırıqların icrası istiqamətində müzakirələr aparılıb.
İclasda İİTKM-in icraçı direktorunun müavinləri Ramil Hüseyn, Ayaz Müseyibov və müşaviri Samir Məmmədov QİT sisteminin təkmilləşdirilməsi ilə bağlı görülmüş işlər, qarşıya çıxan çətinliklər və İİTKM-ə təqdim olunacaq məlumatlara dair vahid struktur konsepsiyası barədə ətraflı məlumat veriblər. Eyni zamanda, qurumlarla birgə məlumatların vahid sistemdə birləşməsi, layihənin icrası çərçivəsində nəzərdə tutulan tədbirlər planı üzrə fikir mübadiləsi aparılıb və layihənin icrasını sürətləndirmək üçün növbəti addımlar müəyyən edilib.
İclasda Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu