“Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Food Cert MMC”-nin birgə təşkilatçılığı ilə “Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçirilib. Təlim Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən nümayəndələri Qəmər İskəndərova və Bağdagül Həsənli tərəfindən qida sahəsində sertifikatların verilməsi və tələb olunan sənədlər haqqında məlumat verməklə başlayıb. Təqdimatdan sonra sahibkarlar üçün nəzərdə tutulan maarifləndirici təlim “Food Cert MMC”-nin nümayəndəsi, qida təhlükəsizliyi və beynəlxalq standartların tətbiqi sahəsində yüksək dərəcəli kvalifikasiyaya malik Elmar Cəmilov tərəfindən aparılıb.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirir ki, Qida təhlükəsizliyinin idarəetmə sistemi qida məhsullarının istehsalından tutmuş istehlakçıya çatan mərhələləri əhatə etməlidir. “Qida təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı islahat tədbirləri həyata keçirilib. Milli İqtisadiyyat üzrə Strateji Yol Xəritələri və Qida Təhlükəsizliyi sahəsində qəbul edilən dövlət proqramının çağırışlarını rəhbər tutaraq, qida sahəsində fəaliyyət göstərən sahibkarlara beynəlxalq standartlara riayət etməklə və yüksək keyfiyyətli qida məhsualların istehsalı üçün maarifləndirici tədbirlər həyata keçiririk. Bu tədbirlər nəticəsində sahibkarlar HAACP, BRC, ISO 22000:2018 kimi qida təhlükəsizliyi idarəetmə sistemində ən çox tətbiq olunan beynəlxalq standartların tətbiqi qaydaları, tətbiqin üstünlükləri, ixrac prosesində inteqrasiyasi barədə geniş məlumatlar əldə edirlər.
Qeyd edək ki, əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının davamlı təmin edilməsi, istehlakçıların sağlamlığının qorunması, o cümlədən qida sahəsində fəaliyyət göstərən sahibkarların istehsal və idxal-ixrac həcminin artırılması istiqamətində beynəlxalq standartların tətbiqi zəruri xarakter daşıyır.
Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf