Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi mövzusunda təlim keçiriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Food Cert MMC”-nin birgə təşkilatçılığı ilə “Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçiriləcək. Sahibkarlar üçün nəzərdə tutulan maarifləndirici təlim “Food Cert MMC”-nin nümayəndəsi tərəfindən aparılacaq.
Bir Pəncərə İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirir ki, Qida təhlükəsizliyinin idarəetmə sistemi qida məhsullarının istehsalından tutmuş istehlakçıya çatan mərhələləri əhatə etməlidir. “Təlim zamanı HAACP, BRC, ISO 22000:2018 kimi qida təhlükəsizliyi idarəetmə sistemində ən çox tətbiq olunan beynəlxalq standartların tətbiqi qaydaları, tətbiqin üstünlükləri, ixrac prosesində inteqrasiyasi barədə geniş məlumat veriləcək. Həmçinin Avropa Birliyində ixrac tələbləri, sertifikatlaşdırma, qablaşdırma və etikietlənməyə aid tələblər, bu sahədə innovasiyalar müzakirə olunacaq.”
Qeyd edək ki, əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının davamlı təmin edilməsi, istehlakçıların sağlamlığının qorunması, o cümlədən qida sahəsində fəaliyyət göstərən sahibkarların istehsal və idxal-ixrac həcminin artırılması istiqamətində beynəlxalq standartların tətbiqi zəruri xarakter daşıyır.
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramının strateji baxış və məqsədlərini əsas tutaraq , “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi mütəmadi olaraq sahibkarları bu istiqamətlər üzrə maarifləndirməyi planlaşdırır.
Beləliklə, ölkəmizdə qida təhlükəsizliyi sahəsində aparılan islahatlar nəticəsində bu sahəyə aid norma və qaydaların mövcud beynəlxalq tələblərə uyğunlaşdırılmasını nəzərə alaraq, sahibkar və ixracatçıları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən həyata keçirilən tədbirə dəvət edirik.
“Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi”” mövzusunda təlim 5 dekabr 2019-cu il, saat 10:00-da İİTKM-ın inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16) təşkil olunacaq.
Tədbirdə iştirak etmək istəyən şəxslər təqdim olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər:









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır