Professor Vüsal Qasımlının elmi məqaləsi Rusiyada dərc olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının “Azərbaycan Rəqəmsal Qovşağı: fəaliyyətdə olan strategiya” adlı elmi məqaləsi Rusiyanın “İnteraktiv elm” elmi jurnalında dərc olunub.
Məqalədə qeyd olunur ki, qlobal internet trafiki artmaqda davam etdikcə, dünya ölkələri bu sürətli transformasiya ilə ayaqlaşmaq üçün rəqəmsal strategiyalara üstünlük verirlər. Zəngin neft-qaz ölkəsi olmaqla yanaşı, iqtisadiyyatını sürətlə şaxələndirməyə çalışan Azərbaycan da rəqəmsal dünyanın əsas oyunçusu olmaq üçün strateji yanaşma ortaya qoyub. Azərbaycanın nümayiş etdirdiyi rəqəmsal qovşaq yanaşması rəqəmsal İpək Yolu, regional data mərkəz, internet məlumat mübadilə mərkəzi və ümumiyyətlə rəqəmsal ekosistemin inkişafını əhatə edən hərtərəfli proqramdır. Bu qovşağın məqsədi İpək Yolu boyunca internetin xəritəsini dəyişdirmək və üç ardıcıl mərhələdən (ideya, inkubasiya və miqyaslılıq) keçərək radikal dəyişikliklər qarşısında inkişaf etməkdir. Məqalədə həmçinin Azərbaycanın rəqəmsal qovşağın yaradılmasında etdiyi strateji seçim və onun ölkə iqtisadiyyatına potensial təsiri vurğulanır.
Məqalənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz: https://interactive-plus.ru/e-articles/893/Action893-561238.pdf.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib