Prezidentin Sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsi artırılıb

Prezidentin Sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsi artırılıb

Prezident İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin. Eyni zamanda Sərəncamla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.