Prezident sərəncamı tranzit yükdaşımanı stimullaşdıracaq
Prezident Ilham Əliyev 21 oktyabr 2016-cı ildə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 318-VQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.Ölkə iqtisadiyyatının bütün sferaları üzrə həyata keçirilən islahatların səmərəliliyinin, biznes mühitinin həm yerli, həm də xarici sahibkarlar üçün əlverişliliyinin təmin edilməsi məqsədilə vergi sistemində də dövrün tələbinə uyğun bir sıra zəruri dəyişikliklər həyata keçirilib.
Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsi ölkədə biznes mühitinin əlverişliliyi, optimal vergi dərəcələrinin tətbiqi, tranzit yük daşınma sahəsində bəzi yeniliklər baxımından da faydalı olacaq. Dəyişiklik həm avtomobil, həm də gəmi ilə tranzit yükdaşımalarının, həcminin, sahibkarlar üçün gəlirlərin atması deməkdir.
Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsini sürətləndirmək və effektivliyi təmin etmək üçün ölkə Prezidenti Nazirlər Kabinetinə 3 ay vaxt verib. Bu müddət ərzində, Nazirlər Kabineti aktların yeni vergi Qanununa uyğunlaşdırılması barədə təkliflərini və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılması barədə Prezidentinə məlumat verməlidir. Əlavə edək ki, Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılmasının beş ay müddətində həyata keçirilməsinə də Nazirlər Kabineti nəzarət etməli və ölkə Prezidentinə məlumat verməlidir. Bu normativ aktların Qanuna uyğunlaşdırılmasını isə Ədliyyə Nazirliyi həyata keçirəcəkdir.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib