Prezident minimum aylıq əmək haqqını artırıb

Prezident minimum aylıq əmək haqqını artırıb

Prezident İlham Əliyev əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə minimum aylıq əmək haqqının artırılması haqqında Sərəncamıimzalayıb. Sərəncama görə, minimum aylıq əmək haqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.