Prezident İlham Əliyev Turizm Şurasının tərkibini təsdiqləyib
Prezident İlham Əliyev turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Fərman Prezidentin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanının və “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli sərəncamının tətbiqi ilə əlaqədar imzalanıb.
Sənədə əsasən “Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi” təsdiq edilib.
Bundan başqa, ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin yaradılması, fəaliyyətinin təmin edilməsi və maliyyələşdirilməsinə dair mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə aidiyyəti dövlət qurumlara müvafiq göstərişlər verilib.
Qərara əsasən Azərbaycan Respublikası Turizm Şurasının sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təyin olunub.
Qeyd edək ki, Azərbaycanda Turizm Şurası Prezident İlham Əliyevin Sərəncamı ilə 1 sentyabr 2016 –cı ildə yaradılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib