Prezident İlham Əliyev Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb
Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanla İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi www.azexport.az internet portalında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” (“Digital Trade Hub of Azerbaijan”) bölməsinin yaradılmasını dörd ay müddətində, habelə Azərbaycanda istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələrinə, ixrac gömrük bəyannaməsinin, habelə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsinə imkan verən elektron xidmətlərin Portalda yaradılmasını üç ay müddətində təmin etməlidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vergilər Nazirliyi ilə birlikdə elektron imzanın, o cümlədən “ASAN imza”nın, habelə xarici ölkələrdə verilmiş və “Elektron imza və elektron sənəd haqqında” qanuna əsasən Azərbaycanda tanınmış elektron imza sertifikatlarının Portala inteqrasiyasını təmin etməlidir, Portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görməlidir.
Dövlət Gömrük Komitəsi isə 4 ay müddətində Portalın fəaliyyətini təmin edəcək hüdudlarda öz informasiya resurslarının Portala inteqrasiyasını, habelə Portal vasitəsilə bağlanılmış müqavilələrə uyğun olaraq, ixrac gömrük bəyannamələrinin real vaxt rejimində doldurulmasını, təqdim edilməsini, habelə gömrük nəzarətinin nəticəsinin real vaxt rejimində qeyd edilməsini təmin edəcək texniki imkanların yaradılmasını təmin etməlidir.
Müvafiq tədbirlərin maliyyələşdirilməsi məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 450 min manat ayrılıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf