Prezident "Elektron ipoteka" sistemi yaratdı
Prezident İ.Əliyev “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti, iqtisad üzrə fəlsəfə doktoru Ramil Hüseyn qeyd edib ki, elektron sistem “Elektron hökumət portalı”nda yaradılacaq və ona inteqrasiya ediləcək. Elektron sistemin tətbiqi ipoteka kreditlərinə çıxış imkanlarını sadələşdirəcək. Eyni zamanda ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə xidmət edəcək. Tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına səbəb olacaq. Ramil Hüseyn bildirib ki, ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılacaq. Bu elektron kabinet vasitəsi ilə vətəndaş ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumat alacaq. Eyni zamanda ipoteka kalkulyatoru proqramı vasitəsilə imkanını ilkin olaraq müəyyənləşdirə biləcək, elektron müraciəti real vaxt rejimində müvəkkil banka göndərə və ödənişləri elektron formada həyata keçirə biləcək. Həmçinin müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilər də bu sistemin imkanından yaralanacaqlar. İpoteka krediti almaq istəyən şəxslərin elektron sistemə girişinə gəlincə isə Ramil Huseyn vurğulayıb ki, onlar gücləndirilmiş elektron imza sertifikatı və ya operator tərəfindən verilən kod-parol ilə sistemə daxil ola biləcəklər. Bu proses ödənişsiz şərtlərlə olacaq və sistemin təhlükəsizliyi ciddi şəkildə qorunacaq.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib