Prezident “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasını təsdiqləyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncam milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin formalaşdırılması, habelə mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə qəbul edilib.
Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edilib. Nazirlik eyni zamanda Konsepsiyanın icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim edəcək.
Konsepsiya çərçivəsində tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Ətraflı: https://president.az/az/articles/view/71290








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib