Postpandemiya dövründə Rəqəmsal Ticarət Qovşağının önəmi daha da artacaq
“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Prezidentin Sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti tərəfindən təsdiqlənən Tədbirlər Planınında rəqəmsal iqtisadiyyatın inkişafı da prioritet kimi müəyyənləşdirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirir ki, son illər ölkəmizdə rəqəmsal iqtisadiyaytın inkişafı, məsafədən biznesin aparılması istiqamətində ciddi irəliləyişlər əldə olunub. Şübhəsiz ki, postpandemiya dövründə sahibkarlar fəaliyyət modullarını texnologiya yönümlü quraraq tətbiq etməyə başlayacaqlar. Bu da sahibkarların fiziki müstəvi olmadan öz fəaliyyətlərini onlayn və səmərəli imkan verəcəkdir.
Onun sözlərinə görə Prezident cənab İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti əsasında artıq 2017-ci ildən ölkəmizdə Azexport, Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub - DTH) və EnterpriseAzerbaijan layihələri fəaliyyətə başlayıb. Yaradılan bu rəqəmsal ekosistem Azərbaycanın qeyri-neft sektorunun texnologiya əsaslı fundamentinin bəndlərini təşkil etmək potensialındadır. Belə ki, bu ekosistemdə həm sahibkar, həm investor, həm də iqtisadi münasibətlərin aparıldığı onlayn bazar (Azexport) nəzərə alınıb. Ekosistemi təsvir etsək, burada xarici vətəndaş Digital Trade Hub vasitəsilə mobil rezidentlik alaraq, EnterpriseAzerbaijan portalında bəyəndiyi layihəyə və sahibkara investisiya edə bilər, və layihədən əldə edilən məhsulun daha sonra Azexport vasitəsilə xarici bazarlara çıxışını təmin edə bilər.
Rəqəmsal Ticarət Qovşağının meneceri əlavə edir ki, hər 3 layihə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərman və Sərəncamları əsasında təsis edilib. Layihələrin önəmini əslində onların fəaliyyəti zamanı əldə olunan ilkin nəticələrdən də anlaya bilərik. Belə ki, Azexport portalı fəaliyyət göstərdiyi müddətdə 1,7 milyard dollar dəyərində ixrac sifarişini Azərbaycan sahibkarlarını çatdırıb. Bu da “Made in Azerbaijan” brendinə olan marağı və əslində Azərbaycan məhsullarının xarici bazarlarda satış potensialını bizə göstərib. Eyni zamanda ölkəmizdə ilk dəfə bir startap layihəsi EnterpriseAzerbaijan portalı vasitəsilə dünyada bir nömrəli kraudfandinq platforması olan Kickstarterdə yerləşdirilib. Bu da vətəndaşlarımızın öz ideyalarını maliyyələşdirmələri üçün 24 trilyon dollarlıq bir bazara giriş imkanının açılması deməkdir. Azexport və EnterpriseAzerbaijan layihələrilə yanaşı Digital Trade Hub layihəsinin uğurlarını qeyd etmək lazımdır. Xüsusilə də dünyada Estoniyadan sonra ilk dəfə elektron və mobil rezidentlik təqdim edən DigitalTradeHub layihəsi burada böyük əhəmiyyət kəsb etməkdədir. Belə ki, layihənin təqdim edilməsindən bu yana artıq 25 ölkədən 60-a yaxın elektron və mobil rezident Azərbaycanda məsafədən biznes əməliyyatları görmək üçün müraciət edib.
Yuxarıda qeyd edilən rəqəmlər bu gün dünyada baş alan koronavirus pandemiyasi, iqtisadi durğunluq və neft qiymətlərinin kəskin enməsi fonunda Azərbaycanda virusun yayılması sürətinin minimum səviyyədə saxlanılmasına paralel olaraq neft qiymətlərinin vurduğu zərəri kompensasiya etmək üçün alternativ alətlərin tətbiq edildiyini bizə sübut edir. Bu gün dünyada yaşanan bu çağırışlar dövründə Azexport, Digital Trade Hub və EnterpriseAzerbaijan portallarının təqdim etdiyi xidmətlərə tələbin daha da artacağı və ölkəmizin təqdim etdiyi rəqəmsal həllərin dünya miqyasında istifadə potensialının maksimuma çatacağı artıq reallığa çevrilməkdədir. Azərbaycan təqdim etdiyi bu yeniliklərlə nəinki ölkədə, hətta dünyada kapital əsaslı iqtisadiyyatdan texnologiya əsaslı iqtisadiyyata keçidin önəmli pioneri olduğunu sübut edir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib