Pirallahıda Sənaye Parkı yaradılacaq
Qeyri-neft sənaye sahələrinin davamlı inkişafına dövlət dəstəyinin daha da artırılması məqsədilə, Azərbaycan Respublikası Prezidenti, İlham Əliyev 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Pirallahı Sənaye Parkının yaradılması haqqında hökumətə müvafiq tapşırıqlar vermişdir. Sərəncama əsasən, Pirallahı Sənaye Parkının səmərəli fəaliyyətini təşkil etmək və parkın yerləşəcəyi ərazinin istifadəyə yararlı vəziyyətə gətirilərək xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılması nəzərdə tutulur. Parkın fəaliyyətinin idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı Məhdud Məsuliyyətli Cəmiyyət”inə həvalə edilmişdir.
Məsələyə münasibət bildirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi qeyd etmişdir ki, burada əsas məqsəd sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabilliyyətli və innovativ sənaye sahələrinin yaradılmasına dövlət dəstəyinin davam etdirilməsi ilə yanaşı, ictimai tələbat üçün mühüm əhəmiyyət daşıyan əczaçılıq sənayesinin inkişaf etdirilməsi xarakteri daşıyır. Belə ki, rəqabətqabilliyyətli əczaçılıq sənayesinin dövlət dəstəyinə əsaslanaraq inkişaf etdirilməsi və sənaye üzrə xüsusi çəkisinin artırılması əczaçılıq məhsullarının idxalından asılılığın azaldılmasına və müvafiq olaraq əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsinə münbit şərait yaradacaqdır. Burada onu da vurğulamaq yerinə düşər ki, son dövrlərdə qlobal və regional bazarlarda müşahidə olunan dəyişikliklərin idxal olunan malların qiymət göstəricilərinə təsir imkanlarını nəzərə alsaq, bu addım səhiyyə sektoru üzrə ictimai məmnuniyyətin yüksəldilməsi istiqamətində uzunmüddətli dövr üçün strateji əhəmiyyət daşımaqdadır. Əlavə olaraq, bu sahənin məqsədyönlü şəkildə dövlət strategiyasının tərkib hissəsi kimi inkişaf etdirilməsinin kimya sənayesi məhsullarının çeşidliliyinin artırılmasına və ixrac potensialının genişləndirilməsinə tövhə verəcəyi gözlənilir. Bu da eyni zamanda istehsal sahəsində əhalinin məşğulluğunun artırılması ilə yanaşı, ixtisaslı əmək qüvvəsinin sənayedə xüsusi çəkisinin artmasına şərait yaradacaqdır.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib