Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) dünyada ilk dəfə Azərbaycanda yaradılan onlayn vahid ixrac ərizəsinin dövlət qurumlarına təqdimatı həyata keçirilib.
Tədbirin açılışı zamanı Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, sahibkarların işini asanlaşdıran onlayn ixrac ərizəsi 4-cü sənaye inqilabı erasında Azərbaycanın dövlət sektorunda da texnoloji islahatların aparılması istiqamətində gedən işlərin önəmli tərkib hissəsidir. Onun sözlərinə görə, Azərbaycanda transsərhəd ticarətin genişləndirilməsi üçün sistemli iqtisadi islahatlar aparılır: “Xüsusilə xarici ticarət sahəsində tətbiq olunan yeni yanaşmalar beynəlxalq reytinqlərdə də mövqeyimizə müsbət təsir edib. Dünyanın top 10 islahatçı ölkələr siyahısına liderlik edən Azərbaycanın qeydə alınan islahat tədbirlərindən biri də sərhəddə ticarət əməliyyatları və prosedurları ilə bağlıdır.”
Tədbir zamanı Nicat Əsədli onlayn vahid ixrac ərizəsinin işləmə mexanizmi barədə iştirakçılara əyani olaraq məlumatları təqdim edib. O qeyd edib ki, onlayn vahid ixrac ərizəsinin tətbiqi vətəndaş-məmur təmasının minimuma endirilməsi, biznes mühitinin əlverişliliyinin artırılması, sərhədlərarası ticarətin aparılmasının sadələşdirilməsi sahibkarların xeyrinədir. Onlayn vahid ixrac ərizəsində təqdim olunan elektron pul kisəsi isə nağdsız ödənişlərin genişləndirilməsi, dövlət proqramında nəzərdə tutulan istiqamətdə ixrac proseduru zamanı rəqəmsal ödənişlərin genişləndirilməsi baxımından vacib rol oynayacaq.
Təqdimat zamanı onlayn vahid ixrac ərizəsindən bəhs edən yeni iki videoçarx nümayiş olunub.
Qeyd edək ki, onlayn vahid ixrac ərizəsi www.azexport.az portalı vasitəsi ilə fəaliyyət göstərir və bu linkdən - https://dth.azexport.az/az/ - istifadə oluna bilər.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu