Oksford Univesitetinin məzunları İİTKM-də toplandı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Oksford Universiteti "Saïd Business School"un nümayəndə heyətindən ibarət qrup və məzunları bir araya gətirib.
Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişikliyi, yaşıl enerji keçidi, dayanıqlılıq və yaşıl iqtisadiyyatla bağlı bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar bildiriblər ki, COP29-un Azərbaycanda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə yaşıl enerjidən istifadənin genişləndirilməsi sahəsində ölkəmizin fəallığını, həmçinin bərpa olunan enerji üzrə nəhəng potensialını dünya ictimaiyyətinə nümayiş etdirəcək.
Bununla yanaşı Oksford Universitetinin beynəlxalq tələbələr üçün yaratdığı imkanlardan danışılıb. Bura təkcə yüksək akademik standartlar deyil, həm də çoxmədəniyyətli mühit, dünya səviyyəli professorlardan dərslər və tədqiqat imkanları daxildir. Tələbələr burada həm akademik, həm də şəxsi inkişaf proqramlarından faydalana bilərlər.
Oksford Universitetinin (Saïd Business School) əməliyyatlar üzrə baş direktoru Manos Kapterian yadda qalan tədbirin yüksək səviyyədə təşkilinə ev sahibliyi etdiyi üçün Prof.Dr. Vüsal Qasımlıya xüsusi təşəkkürünü bildirib, məzunları bir araya gətirmək üçün göstərdiyi səyləri çox yüksək qiymətləndirdiklərini vurğulayıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib