Nüfuzlu “National Herald Tribune” Azərbaycanı regional lider adlandırdı
Nüfuzlu “National Herald Tribune” nəşri “Azərbaycan regionun geopolitik və geoiqtisadi mənzərəsini yenidən şəkilləndirir” mövzusunda analitik məqaləni dərc edib. Məqalənin müəllifi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı yazıb ki, Azərbaycanın regional liderliyi son 15 ildə iqtisadiyyatını üç dəfədən çox böyütməsi və regional neft-qaz və nəqliyyat-logistika layihələrini gerçəkləşdirməsilə sübut olunmuşdu. Kissincerin “neftə nəzarət etməklə dövlətlərə, ərzağa nəzarət etməklə insanlara nəzarət mümkündür” sitatına uyğun olaraq Azərbaycan regionun geopolitikası və geoiqtisadiyyatını şəkilləndirərkən yekun bir ştrixə ehtiyac duyurdu. Əhalisinə görə dünyada 90-cı və ərazisinə görə 114-cü ölkə olan Azərbaycan nüfuzlu “US News”un hesabatına görə dünyada 45-ci gücə çevrilməyi bacarmışdır. Azərbaycanın regional oyunçu statusunda iqtisadi və siyasi üstünlüyünü hərbi potensialının təsdiqi və ərazi bütövlüyünün bərpası tamamlamalıydı ki, ölkə regional liderliyini tam təsbit etsin. Son 10 ildə Azərbaycanın hərbi büdcəsi ÜDM-un 4 faizi və dövlət büdcəsinin 11 faizi həddində olmuşdur. 2020-ci il sentyabrın 27-də Ermənitsanın provokasiyasına cavab olaraq Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmənin 30 ilə yaratdığı müdafiə səddi yarılmış və 1988-1993-cü illərdə işğalına illər sərf edilmiş Azərbaycan torpaqları həftələr ərzində azad edilməyə başlamışdır. Azərbaycanın Cənubi Qafqazda gücün bütün parametrləri – iqtisadi, siyasi və hərbi cəhətdən önə çıxması regionun geopolitikasını və geoiqtisadiyyatını yenidən şəkilləndirir. Azərbaycan regionun geopolitik mənzərəsini dəyişmək üçün quru, su və hava üstünlüyünə malikdir. “National Herald Tribune” sonda qeyd edir ki, Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi islahatların daha da dərinləşdirilməsi üçün əsasları gücləndirəcək.
Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib