Nüfuzlu “National Herald Tribune”: Azərbaycan regionun geopolitikasını yeniləyir
Nüfuzlu “National Herald Tribune” nəşri “Azərbaycan regionun geopolitik xəritəsini yaradır” mövzusunda analitik məqaləni dərc edib. Məqalənin müəllifi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı yazıb ki, Ermənistanla sülh sənədini imzalamaqla Azərbaycan regionun lider dövləti kimi mövqeyini bir daha sübut edib. Azərbaycanda yaranan “müdrik çevrə”yə uyğun olaraq, güclü iqtisadiyyat ölkənin müdafiə qabiliyyətini, xarici siyasətini və diplomatik uğurlarını təmin edib. Noyabr ayında Trans-Adriatik qaz xətti də istifadəyə verilməklə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirəcəkdir. Hazırda Azərbaycan Türkiyənin qaz bazarında ¼ paya və Gürcüstanın enerji bazarında lider mövqeyə malik olmaqla, İsrailin neftə olan tələbatının 40 faizini verir, Almaniyanı isə neft məhsulları ilə təmin edən ölkələrin ilk onluğunda yer alır. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində hab rolunu oynayan Azərbaycan Naxçıvanla ölkənin qərbini birləşdirən yeni koridor yaratmaqla Aralıq dənizi və Xəzər dənizi hövzələrini bir-birinə ən qısa yolla bağlayacaq. Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik Azərbaycan “bərk güc” və “yumşaq güc”ü birləşdirməklə “smart güc”ə çevrilib.
Məqalədə qeyd olunur ki, bu il Azərbaycanda COVİD-19, quraqlıq, aşağı neft qiymətləri və Ermənistanın provokasiyalarından yaranan problemlərlə mübarizədə böhran idarəetməsi uğurla tətbiq edilib. Hazırda Azərbaycan həm post-konflikt, həm də post-pandemiya dövrünə daha hazırlıqlı vəziyyətdədir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev dövlət-xalq-ordu birliyini yaratmaqla milli gücü səmərəli istifadə etməyi bacarıb. Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:










Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib