Nüfuzlu “Fortune Greece” jurnalı Azərbaycanı Yunanıstana örnək bildi
Yunanıstanın məşhur “Fortune Greece” jurnalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıdan müsahibə alıb. Jurnalın baş redaktoru Maria Akrivounun hazırladığı müsahibə zamanı Vüsal Qasımlı Azərbaycanda son illərdə aparılan iqtisadi islahatlar, Strateji Yol Xəritəsi, Azexport portalı, eləcə də Rəqəmsal Ticarət Qovşağı barədə ətraflı danışıb.
Müsahibə zamanı qeyd olunub ki, hazırda ölkəmizdə növbəti dövrlərdə iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyatın gücləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirilir. Bu məqamlar Starteji Yol Xəritəsində də nəzərdə tutluduğu kimi qarşıdakı illərdə ölkənin əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.
“Fortune Greece” jurnalı Azərbaycanda aparılan iqtisadi islahatların artıq nəticə verdiyini və iqtisadi artımın və qeyri-neft ixracının həcminin artdığını göstərib. Xüsusilə, müsahibədə manatın sabitləşməsi vurğulanıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ilə müsahibə http://www.fortunegreece.com saytında onlayn dərc olunub









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır