"Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik" mövzusunda təlim keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik" mövzusunda təlim keçirilib. İxracatçı sahibkarların maarifləndirilməsi üçün nəzərdə tutulan təlim çərçivəsində sahibkarların müasir dövrdə idarəçilik problemləri, idarəetmə sisteminin qurulması, idarəetmədə strateji baxışlar və onların əsas fəaliyyət istiqamətləri, şirkət sahibkarlarının əsas funksiyaları, habelə nüfuzlu şirkətlərdə baş verən hadisələr və nümunələr haqqında danışılıb.
Təlimdə çıxış edən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəmizdə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar barədə məlumat verib. O qeyd edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi son bir il ərzində Azərbaycanın ixrac siyasətində önəmli rol oyanıb. N. Hacızadə əlavə edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi korporativ idarəçilik mədəniyyətinin formalaşdırılması baxımından maarifləndirmə siyasətini daima davam etdirəcəkdir.
Peşəkar biznes təlimçi Fəxri Ağayev isə bildirib ki, idarəçilik özəl sektorun əsas ehtiyac duyduğu məsələlərdən biridir: “Bu gün ixrac potensialının artırılması üçün birbaşa və dolayı təsirlər var. Qeyd etmək istərdim ki, peşəkar idarəetmə həm birbaşa, həm də dolayı yolla ixracımızı stimullaşdıracaq.”
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi mütəmadi ixracatçı sahibkarlar üçün belə təlimlər təşkil edir.









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar