Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin müzakirəsi olub
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” üzrə yaradılan işçi qrupunun müzakirəsi keçirilib. Bu barədə məlumat verən İİTKM-in PR meneceri Zənura Talbova qeyd edib ki, müzakirədə Prezident Administrasiyası ilə yanaşı həm də Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və işçi qrupuna daxil olan digər qurumların nümayəndələri də iştirak ediblər.
Strateji yol xəritələrinin icrası vəziyyəti və planlaşdırılan tədbirlərin daha təfsilatlı müzakirəsi aparılıb. İşçi qrupun üzvləri qarşıda duran vəzifələrin həlli ilə bağlı Prezident Administrasiyası və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə aid suallara aydınlıq gətiriblər. Qeyd olunub ki, milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin icrası üçün cavabdeh qurumlar nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası üçün bütün resursları mobilizasiya ediblər. Strateji yol xəritələrinin icrası, monitorinq və qiymətləndirmə mexanizminin qurulması iqtisadi islahatların dönməz və sistemli xarakter almasına töhfə olub.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu