Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” açıqlanıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən hesab edirlər ki, bu sənəd qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya və maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla, sektorunun çevikliyi, rəqabətqabiliyyətliliyi və innovativliyi prinsipləri əsasında hazırlanıb.
Sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf və 16 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər bankların restrukturizasiyası və kapitallaşması, aktivlərin sağlamlaşdırılması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi, kapital və pul bazarının inkişafı, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması, kredit məlumatlarının mübadiləsi sisteminin inkişafı, kreditorların hüquqlarının müdafiəsi üzrə işlək mexanizmlərin yaradılması, məhkəmə qərarlarının standartlaşdırılması və icra intizamının yaxşılaşdırılması və s. istiqamətlərdə tədbirlərdən ibarətdir.
Bu tədbirlərin reallaşdırılması üçün 115 milyon manat investisiya tələb olunur. Görüləcək tədbirlər nəticədə 2020-ci ildə iqtisadiyyatda təxminən 750 milyon manat əlavə dəyərin yaranması gözlənilir.
Maliyyə xidmətləri sektorunda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2020-ci il üçün bank sektorunun gəlirliliyinin 2015-ci ilə nəzərən 7 faiz artacağı proqnozlaşdırılır. Maliyyə dərinliyinin (kreditlərin qeyri-neft ÜDM-ə nisbəti) 60 faizə çatdırılması və qeyri-işlək kredit əmsalının 8 faizədək azaldılması hədəflənir.
http://iqtisadiislahat.org/store//media/documents/fermanlar/syx/MALIYYE%20STRATEJI%20YOL.pdf









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025