“Made in Azerbaijan” Alibabada 50 dəfə gücləndi
Azexport.az portalı fəaliyyətə başladığı iki ay ərzində sahibkarların ixrac imkanlarının artması ilə bağlı ciddi irəliləyiş əldə edib. Portalın əldə etdiyi statistik rəqəmlər bu məlumatı verməyə əsas verir. Belə ki, Azexport.az fəaliyyətinə başlayandan sonra Azərbaycan məhsulların beynəlxalq platformalarda, o cümlədən Alibaba.com platformasında təmsil olunma səviyyəsi 50 dəfə artib. Portalın statistik rəqəmlərə əsaslanaraq hazırladığı infoqrammadan göründüyü kimi, ötən ilin son aylarında qonşu ölkələrlə müqayisədə beynəlxalq portallarda Azərbaycan məhsullarının təmsil olunması ilə bağlı vəziyyət sürətlə yaxşılaşır. Çünki Azexport.az portalı yüzlərlə “Made in Azerbaijan” brendini qlobal və regional səviyyəli elektron ticarət portallarında sərgləyir. Azexport.az-dan verilən məlumata görə, portalın hədəflərindən biri qısa müddətdə MDB məkanında “Made in Azerbaijan” brendinin qlobal “vitrində” ilk yerlərdə möhkəmlənməsini təmin etməkdən ibarətdir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır