Koreyanın Ticarət İnvestisiya Agentliyi Azərbaycanda iqtisadi siyasətin uğurlarından yazıb
Koreyanın Ticarət İnvestisiya Agentliyi Prezident İlham Əliyevin iqtisadi siyasətinin uğurlarından yazıb. Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan islahatların nəticəsi olaraq əldə olunan iqtisadi siyasətin uğurlarından bəhs edən məqalə dərc edib. “Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ildə qazandığı uğurların xülasəsi” başlıqlı məqalədə iqtisadi artımın əsas istiqamətləri, qeyri-neft sektorunda nəzərəçarpan artım xüsusi vurğulanıb.
Məqalədə qeyd olunub ki, 2019-cu il ərzində Azərbaycanın ümumi daxili məhsulu 2,2% artıb, qeyri-neft istehsalı isə 3,5% təşkil edib. Bundan başqa hökumətin həyata keçirdiyi islahatlar nəticəsində özəl sektora investisiya qoyuluşu, aşağı faizli kreditlərin və subsidiyaların verilməsi nəticəsində qeyri-neft ixracatında 14% artım qeydə alınıb.
KOTRA-nın yaydığı analizdə göstərilib ki, problemli kreditlərin həll olunmasına, eləcə də, sosial təminat sisteminə qoyulan vəsaitlərə baxmayaraq, il ərzində ölkədə inflyasiya cəmi 2.6%, gəlir artımı isə 7.4% olub.
Azərbaycanda xarici valyuta ehtiyatları illik müqayisədə 6.4 milyard dollar artaraq rekord səviyyəyə 51 milyard dollara yüksəlib.
KOTRA agentliyinin hazırladığı məqalədə Azərbaycanın hökumətin maliyyə sektoruna dəstəyi, kənd təsərrüfatının inkişafının diversifikasiyası, turizmin inkişafı, xarici ticarət əlaqələrinin qurulması, neft fondunun az riskli sahələrə investisiya qoyuluşu, beynəlxalq səviyyəli enerji qaz layihələrində iştirakı müqayisəli rəqəmlərlə təhlil olunub. Analizdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıya istinadən bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində Azərbaycanda iqtisadi artım davamlı olacaq.
Məqalə ilə qeyd olunan link vasitəsi ilə tanış olmaq mümkündür: https://bit.ly/37BHtRu








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib