Koreyanın Azərbaycandakı səfiri İİTKM-də olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Kim Tonq Op arasında görüş keçirilib.
Görüşdə Vusal Qasımlı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar, Azərbaycanda strateji idarəetmənin tətbiqi və İİTKM tərəfindən iqtisadi islahatlar sahəsində tədqiqatlar və monitorinq və qiymətləndirmə fəaliyyəti barədə Səfirə ətraflı məlumat verdi.
Səfir Kim Tonq Op iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd etdi və İİTKM ilə Səfirlik arasında həyata keçirilən birgə layihələrin müvəffəqiyyətlə icra olunduğunu bildirdi. Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KİEP), Koreya İnkişaf Agentliyi (KDİ), Koreya Beynəlxalq İnkişaf Agentliyi (KOİCA) kimi Koreyanın aparıcı beyin mərkəzləri ilə İİTKM arasında birgə tədqiqat və layihələrin həyata keçirilməsi üçün səfirliyin dəstəyinin davam etdiriləcəyinə əmin etdi.
Vüsal Qasımlı Azərbaycanın öz torpaqlarını azad etməsinin ardından Zəngəzur dəhlizinin açılması ilə Cənubi Qafqaz regionunun beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması və bu sahədə birgə tədqiqatların aparılmasının hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğuladı və hər iki ölkə arasında ticarət və investisiya sahəsində əməkdaşlığının daha da genişlənməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd etdi. Bu istiqamətdə də birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və Koreyanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması məsələləri müzakirə olundu.
Sonda qonağa “Doing Business 2020” islahatları və “Stratji Yol Xəritələrinin Monitorinq və Qiymətləndirmə” nəticələri və Mərkəzin 5 illik yubileyinə dair icmallar təqdim olundu.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib