Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Lee Eun-yong arasında görüş keçirilib.
Görüşdə Vüsal Qasımlı ölkədə aparılan iqtisadi islahatlar, Azərbaycanda strateji idarəetmənin tətbiqi, icra olunan inkişaf strategiyaları və eləcə də, İİTKM tərəfindən iqtisadi islahatlar sahəsində aparılan monitorinq və qiymətləndirmə, tədqiqatlar və innovativ layihələr olan https://azexport.az/, https://dth.az/ və http://enterpriseazerbaijan.gov.az/ portalları və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi haqqında səfirə ətraflı məlumat verib.
Görüşdə səfir Lee Eun-yong iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib. İİTKM ilə Səfirlik arasında həyata keçirilən birgə layihələrin müvəffəqiyyətli olduğunu və bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib.
V.Qasımlı Azərbaycanın öz torpaqlarını azad etməsinin ardından Zəngəzur kolidorunun açılması ilə Cənubi Qafqaz regionunun beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması və bu sahədə Koreyanın beyin mərkəzləri ilə birgə tədqiqatların aparılmasının hər iki ölkənin maraqlarına xidmət edəcəyini vurğulayıb. Eyni zamanda, Azərbaycan və Koreya arasında ticarət dövriyyəsinin artırılması, ticarət və investisiya sahəsində əməkdaşlığın genişlənməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib. Bu istiqamətlərdə birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və Koreyanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması barədə razılıq əldə edilib.
Sonda qonağa İİTKM-in innovativ layihələri haqqında icmallar və Mərkəzin 5 illik yubileyinə həsr olunan jurnal tədim edilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib