Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi müzakirə edilib
Azərbaycan Respublikası Prezident Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzrə İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə yaradılmış İşçi qrupunun birgə iclası keçirilib. İclasda “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi”nin təfsilatlı tədbirlər planı müzakirə edilib.
Müzakirələr zamanı bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Strateji Yol Xəritələrinin icrası, monitorinqi və qiymətləndirilməsi bütövlükdə idarəetmənin səmərəliliyinin, şəffaflığının və hesabatlılığının daha da artmasını təmin edir. Təsadüfi deyil ki, Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar öz nəticələrini qısa zamanda vermişdir: 2017-ci il sabitləşdirmə ili olaraq qeyri-neft ixracının artması, makroiqtisadi sabitlik və infrastrukturun daha da yaxşılaşdırılması ilə yadda qalmışdır. Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə metodologiyasının inkişafında BMT İnkişaf Proqramı və Dünya Bankı yaxından iştirak edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində bütün Strateji yol xəritələri üzrə yaradılmış işçi qrupları ilə təfsilatlı tədbirlər planının müzakirəsi davam etdirilir. Burada məqsəd strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə icraçı qurumlar arasında koordinasiyanın daha da gücləndirilməsindən ibarətdir.
Qeyd edək ki, 6 dekabr 2016-cı il dövlət başçısı tərəfindən təsdiq olunan “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.2.-ci bəndinə uyğun olaraq strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu