Kənd Təsərrüfatı müzakirə olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində "Kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı" mövzusunda alt işçi qrupunun müzakirəsi keçirilmişdir. Müzakirələrdə Prezident Administrasiyası, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, BMT-nin İnkişaf Proqramının nümayəndələri və aqrar sahə üzrə tanınmış ekspertlər iştirak ediblər. Müzakirələrdə Kənd Təsərrüfatının İnkişaf Strategiyasının prioritetləri müzakirə olunub. Tədbir iştirakçıları kənd təsərrüfatı ilə bağlı hazırlanan bu mühüm sənəddə aqrar sahədə maliyyələşmənin təkmilləşdirilməsi, dövlət yardımlarının effektivliyinin artırılması, kənd təsərrüfatının modernləşdirilməsi və aqrobiznes mühitinin yaxşılaşdırılması ilə bağlı təkliflərini veriblər.
Alt işçi qrupunun müzakirələri zamanı səslənən təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində nəzərə alınması üçün işçi qrupa təqdim edilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib