“İxrac strategiyası” mövzusunda seminar keçiriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “İxrac strategiyası” mövzusunda seminar keçiriləcək. Maarifləndirici xarakter daşıyan təlim zamanı xarici ticarətlə məşğul olmaq istəyən sahibkarlara ixrac strategiyasının çərçivələri izah ediləcək. Seminar Azərsun Holdinq İnnovasiya və Marketinq departamentinin rəhbəri Ellada Əliyeva tərəfindən aparılacaq.
Təlim zamanı həm də beynəlxalq ticarətin ölkəmiz üçün əhəmiyyəti, ixrac ölkələrində doğru seçim qaydaları, ixraca təsir edən amillər, ixrac strategiyalarının seçimi, ixrac üçün planlaşdırılan məhsulların seçimi zamanı əsas tələblər, markaların standartlara uyğunlaşdırılması, görüntü və qablaşdırma, ixrac zamanı markaların adaptasiyası, təbliğat - təşviqat, marketinq kommunikasiyaları kimi mövzularından geniş danışılacaq. Seminar şirkət rəhbərləri və idarəçiləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi dövlət başçısının “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb.
“İxrac strategiyası” mövzusunda tədbir 14 Mart 2019-cu il saat 10:00-da İİTKM-in inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16) təşkil olunacaq.
Tədbirdə iştirak etmək istəyən şəxslər aşağıdakı linki vasitəsilə qeydiyyatdan keçə bilər: http://iqtisadiislahat.org/registration/









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar