“İxrac icmalı”nın mart sayına dair ilkin rəqəmlər açıqlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin mart sayına dair ilkin göstəricilərini təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 30,5% artaraq 200,6 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-fevral aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 328,6%, pambıq iplik 158,7%, bitki və heyvan mənşəli piylər və yağlar 110,8%, alüminium və onlardan hazırlanan məmulatlar 37,4%, pambıq lifi 33,3%, meyvə-tərəvəz 32,7%, spirtli və spirtsiz içkilər 10,9%, çay 5,1% artıb.
2026-cı ilin yanvar-fevral aylarında aqrar məhsullar üzrə ixrac 34,6% artaraq 160,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 22% artaraq 52,5 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 31,2% artaraq 213,4 milyon ABŞ dollarına bərabər olub.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf