İtaliya səfiri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini qəbul edib. Görüş zamanı V.Qasımlı aparılan iqtisadi islahatların beş əsas istiqaməti olduğunu bildirib. O, əlavə edib ki, bu istiqamətlər əsasən iqtisadi təşəbbüslər, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sosial islahatlar və Strateji Yol Xəritlərinin timsalında perspektiv inkişafı əhatə edir. Eyni zamanda V.Qasımlı Azərbaycanın investisiya imkanlarını, o cümlədən, sənaye zonaları və aqroparklarda yaradılan şərait, “ tik-istifadə et-təhvil ver” modelinin üstünlükləri barədə məlumat təqdim edib. O qeyd edib ki, Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi birbaşa cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların nəticəsidir.
Səfir Auqusto Massari Azərbaycanda aparılan iqtisadi islahatları yaxından izlədiyini və yüksək qiymətləndirdiyini vurğulayıb. Səfir bildirib ki, İtaliya şirkətləri Azərbaycana investisiya qoymaqda maraqlıdırlar. Müzakirələr zamanı həmçinin İtaliya və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etməsi də xüsusi olaraq vurğulanıb.
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini həmçinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində də olaraq, ixracatçılara yaradılan əlverişli şəraitlə tanış olub








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu