İsveçrə Konfederasiyasının səfiri İİTKM-də olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalderi qəbul edib. Görüş zamanı bildirilib ki, ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlər yüksək səviyyədədir. İİTKM-nin icraçı direktoru ölkədə aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların cəlb edilməsi istiqamətində görülən işlər barədə məlumatları İsveçrə səfirinin diqqətinə çatdirib. Həmçinin Starteji Yol Xəritəsinin icrası ilə bağlı görülən işlər, Azexport portalı eləcə də Rəqəmsal Ticarət Qovşağı barədə ətraflı müzakirə aparılıb.
İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder isə görülən bütün işləri yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycanda İsveç şirkətləri çox aktiv şəkildə fəaliyyət göstərir ki, bu da hər iki ölkənin kiçik və orta sahibkarlığına böyük töhfə verir.
Səfir əlavə edib ki, ölkəsi bütün sahələr üzrə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır və bu əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcək.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır