“İslahatlar İcmalı”nın xüsusi buraxılışı Rəqəmsal Ticarət Qovşağına həsr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azərbaycan İqtisadi İslahatlar İcmalı”nın iyun buraxılışı – Azərbaycan, ingilis və rus dillərində - Rəqəmsal Ticarət Qovşağına (RTQ) həsr edilib. İcmalın bu sayında RTQ-nın həm investorlar, həm də biznes sahibləri üçün yaratdığı imkanlar - E-biznes, E-ixrac təşviqi, E-imza, E-rezident, Hüquqi şəxsin online qeydiyyatı, E-ödəniş, E-sənəd, transsərhəd əməliyyatları və imzaların qarşılıqlı tanınması, Vahid Onlayn İxrac ərizəsi, Sərbəst Satış sertifikatı; Gömrük bəyannamələrinin doldurulması və s. barədə ətraflı məlumatlar öz əksini tapıb. Həmçinin, RTQ-nın əməkdaşlıq əlaqələri, imzalanmış memorandumlar və bu əməkdaşlıqlar nəticəsində RTQ-nin fəaliyyət sahəsinin genişləndirilməsini əks etdirən xəritə təqdim olunub.
İcmalın xüsusi buraxılışında Rəqəmsal Ticarət Qovşağının Azərbaycanda və Xarici ölkələrdə təqdim olunması, müxtəlif ekspertlərin rəyləri, dünya təcrübəsi ilə müqayisəli təhlili və üstünlükləri də xüsusi buraxılışda yer alıb.
Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağı Azərbaycan Respublikası Prezidentinin 22 Fevral 2017-ci il tarixli «Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı əsasında yaradılıb.
“Azərbaycan İqtisadi İslahatlar İcmalı”nın Rəqəmsal Ticarət Qovşağına dair xüsusi buraxılışı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
http://iqtisadiislahat.org/store//media/documents/islahatlar_icmali/2018/iyun/DTH__AZE.pdf








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu