“İslahatlar icmalı” milyondan artıq ünvana çatdırılıb

“İslahatlar icmalı” milyondan artıq ünvana çatdırılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin onlayn yayımına start verdiyi “İslahatlar icmalı” milyondan artıq istifadəçinin ünvanına çatdırılıb.

Qeyd edək ki, ölkədə aparılan iqtisadi islahatlar, bu istiqamətdə imzalanmış sənədlər barədə geniş ictimaiyyətdə informasiya təminatını yaxşılaşdırmaq, beynəlxalq qurum və təşkilatları dolğun məlumatlandırmaq üçün yaradılan “İslahatlar icmalı” adlı (Reforms Review) bülleten onlayn olaraq 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yayımlanacaq. 

İcmalla   www.iqtisadiislahat.org,

               www.ereforms.org

               www.ecoreform.az  saytlarında “İslahatlar icmalı” bölməsində tanış olaraq, abunə ola bilərsiniz