“İslahat Könüllüləri” Təşkilatının ADA Universitetində infosessiyası baş tutub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən “İslahat Könüllüləri” Təşkilatının rəhbəri İsmət Mehrəliyevanın təşəbbüsü ilə ADA Universitetində infosessiya keçirilib. Sessiyada gənclərə Təşkilatın əsas məqsəd və gələcək hədəfləri, fəaliyyət istiqamətləri və mentorları, həmçinin proqrama qəbul mərhələləri, tələblər və fəaliyyət müddəti haqqında ətraflı məlumat verilib.
İ.Mehrəliyeva Təşkilatın könüllü saytını da təqdim edib. O bildirib ki, gənclər bu sayt vasitəsilə rahat şəkildə qeydiyyatdan keçə bilərlər. Həmçinin könüllülər rəqəmsal platformada təşkilat, təcrübə sahələri, ekspertlər və məzunlar haqqında detallı məlumat ala, həmçinin “Sertifikat axtar” bölməsindən gələcəkdə İİTKM-in təqdim etdiyi sertifikata aid məlumatlara baxa bilərlər. Tələbələr Təşkilatda könüllü olmağın üstünlükləri ilə yanaşı, startap ekosistemi, elektron ticarət və investisiya sahəsindəki innovativ layihələrlə də tanış olublar.
Bununla yanaşı, gənc tədqiqatçıların öz elmi-analitik məqalələrini dərc edə biləcəkləri “İqtisadi İslahatlar” jurnalı barədə məlumatlar tələbələrin diqqətinə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınan jurnalın redaksiya heyəti və məqalənin dərc olunması üçün əsas tələblər veb-sayt üzərindən nümayiş olunub.
Yekunda gəncləri maraqlandıran suallar cavablandırılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib