“İslahat icmalının” xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı” dünyada ilk dəfə Azərbaycanda yaradılan onlayn vahid ixrac ərizəsinə həsr olunub.
Prezident İlham Əliyevin 22 Fevral 2017 tarixli Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına uyğun olaraq dünyada ikinci Rəqəmsal Ticarət Qovşağı yaradıldı. Qovşaq bir çox istiqamətlərdə, həmçinin sahibkarlara ixrac sənədlərinin onlayn vahid ixrac ərizəsi vasitəsilə təqdim edilməsi xidmətləri göstərir. Qeyd edək ki, onlayn vahid ixrac ərizəsinin tətbiqi vətəndaş-məmur təmasının minimuma endirilməsi, biznes mühitinin əlverişliliyinin artırılması, sərhədlərarası ticarətin aparılmasının sadələşdirilməsi sahibkarların xeyrinədir. Onlayn vahid ixrac ərizəsində təqdim olunan elektron pul kisəsi isə nağdsız ödənişlərin genişləndirilməsi, dövlət proqramında nəzərdə tutulan istiqamətdə ixrac proseduru zamanı rəqəmsal ödənişlərin genişləndirilməsi baxımından vacib rol oynayır.
Dünyada ilk dəfə Azərbaycanda təqdim olunan onlayn vahid ixrac ərizəsi vasitəsi sahibkarlara ofislərini tərk etmədən ixrac üçün lazım olan bütün sənədləri (Mənşə, Fitosanitar, Baytarlıq, Qida Təhlükəsizliyi, Sərbəst Satış sertifikatlarını, İxrac təşviqi sənədini və Gömrük bəyannaməsini) əldə etmək imkanı verir.
Qeyd edək ki, onlayn vahid ixrac ərizəsi Rəqəmsal Ticarət Qovşağında fəaliyyət göstərir və ərizədən qeyd olunan link vasitəsi ilə https://dth.azexport.az/az/ qeydiyyatdan keçdikdən sonra istifadə etmək mümkündür.
Onlayn vahid ixrac ərizəsini ətraflı izah edən sosial videoçarxla burada tanış olmaq mümkündür: https://bit.ly/2BP9aci









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar