“İslahat İcmalı”nın xüsusi buraxılışı: “Enterprise Azerbaijan” portalının “Startup School” layihələri
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İslahat İcmalı”nın xüsusi buraxılışı “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School” layihələrinə həsr olunub.
Xüsusi buraxılışda “Enterprise Azerbaijan” portalının reallaşdırdığı “Startup School 1”, “Startup School 2: AI for Green Solidarity” və “Startup School 3: Green and Digital Silk Road” beynəlxalq akselerasiya proqramları haqqında geniş və əhatəli məlumat təqdim olunub. İcmalda hər bir layihənin məqsədləri, əhatə dairəsi, iştirakçı profili, icra planı çərçivəsində görülən işlər və əldə olunan nəticələr ətraflı əks etdirilib.
İcmalda qeyd olunur ki, “Startup School” layihələri Azərbaycanda və regionda startap ekosisteminin inkişafına töhfə verən ən mühüm proqramlardan biri kimi fəaliyyətini uğurla davam etdirir. Eyni zamanda icmalda 2026-cı ildə həyata keçirilməsi planlaşdırılan “Startup School 4: 5 continents – 500 startups” beynəlxalq layihəsinin də anonsu yer alıb.
İcmalla tanış olmaq üçün aşağıdakı linkə daxil olun: https://ereforms.gov.az/files/review/pdf/az/cf5922558513035c39ac0574034ff8a5.pdf









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib