“İslahat icmalı” koronavirus pandemiyasının təsirlərini azaltmaq üçün hazırlanan Tədbirlər Planına həsr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat icmalı” Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırlanan Tədbirlər Planına həsr olunub.
İcmalda tədbirlər planının 3 əsas istiqaməti - İqtisadi artıma və sahibkarlığa dəstək, Məşğulluq və sosial rifaha dəstək, Makroiqtisadi və maliyyə sabitliyinə dəstək proqramları detallı şəkildə infoqrafik təsvirlərlə təqdim olunub.
Qeyd edək ki, yaxın dövrdə pandemiyanin ölkə iqtisadiyyatina mənfi təsirlərinin azaldılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçiriləcək. “İslahat icmalı” nda iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri olan maliyyə dəstək proqramları punktlar və rəqəmlərlə göstərilib:
- Muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üzrə maliyyə dəstəyi proqramı.
- Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramı
- Sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazlari və tətilləri proqramı
- Yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı
- Mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı
- Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket
- Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqi xərclərinin ödənilməsinə dəstək proqramı
- İpoteka və kredit - zəmanət mexanizminə maliyyə dəstəyi proqramı
- Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı
- Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı
İcmalda infoqrafikalar vasitəsi ilə hər bir proqram üzrə dövlətdən ayırlan maliyyə yardımının həcmi, aid olunduğu sahələr, eləcə də qaydalar izah olunub. “İslahat icmalı” ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.
http://iqtisadiislahat.org/store//media/2020/Aprel/COVID_19_alb.pdf








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib