“İslahat icmalı” İİTKM-də qurulan iqtisadi-riyazi modellərə həsr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat İcmalı”nın xüsusi buraxılışı Mərkəzdə yaradılan və fundamental iqtisadi təhlillərin aparılmasına xidmət edəcək labaratoriyanın - “EconLAB”ın (İqtisadi təhlillərin aparılması üçün labaratoriyanın) təqdim edilməsinə həsr olunub.
İİTKM-in department rəhbəri Rəşad Hüseynov bildirir ki, icmalda “EconLAB”da Azərbaycan iqtisadiyyatı üçün qurulan 5 iqtisadi riyazi model təqdim edilir. Bunlara xərclər-buraxılış modeli, maliyyə planlaşdırılması modeli, ümumi tarazlıq modeli, ORANİ modeli və Mikrosimulyasiya modeli aiddir. Təqdim edilən hər bir iqtisadi riyazi üsulun mümkün tətbiq sahələri və eləcə də strukturu detallı şəkildə infoqrafik təsvirlərlə təqdim olunub. İqtisadi riyazi modellərin qurulmasında istifadə olunan proqram təminatları barəsində də məlumat verilib. Eyni zamanda bu modellər özlərinin xarakterlərinə görə də qruplaşdırılıb. Beləki, qurulan modellərin bir hissəsi dinamik digər bir hissəsi isə statik təhlillərin aparılmasında istifadə edilir. Bundan başqa mövcud modellərdən istifadə etməklə makro, mezo və mikro səviyyədə ətraflı təhlillər aparıla bilər.
R.Hüseynov bildirir ki, icmalda təqdim edilən iqtisadi riyazi üsullardan istifadə iqtisadi siyasətin (islahatların) formalaşdırılmasında qərar qəbuletmə prossesini lazımı və dolğun informasiya ilə təmin edəcəkdir.
“İslahat icmalı” ilə icmallar bölümündə tanış olmaq mümkündür.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib