"İslahat icmalı": Azərbaycan kağızsız ticarətdə regional liderdi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İslahat icmalı" Azərbaycanın kağızsız ticarət sahəsində regional liderliyinə həsr olunub. Belə ki, BMT-nin Asiya və Sakit Okean Komissiyasının (UNESCAP) “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin cari il üzrə sorğusunun nəticəsinə görə, Azərbaycan 2019-cu il ilə müqayisədə 5% artım nümayiş etdirərək ümumilikdə 86.02% ilə həm qonşu ölkələr (Rusiya 84.95, Gürcüstan 82.8, İran 77.42, Ermənistan 62.37, Türkiyə 86.02), həm də MDB ölkələri ilə müqayisədə 1-ci yerdə qərarlaşıb. Onu da qeyd etmək lazımdır ki, bütün dünya üzrə ortalama göstərici 64.95%, inkişaf etmiş ölkələr üzrə isə 81.86%-dir.
"İslahat icmalı"nda qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən bu sahədə aparılan geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi transsərhəd ticarət prosedurlarının sadələşdirilməsinə gətirib çıxarıb, elektron və kağızsız ticarətin, xüsusilə də, transsərhəd kağızsız ticarətin inkişafını stimullaşdırıb. Təsadüfi deyil ki, Azərbaycan reytinqin transsərhəd kağızsız ticarət alt indikatoru üzrə 2 il müddətinə 33% artıma nail olub və bu sahənin inkişaf sürətinə görə qlobal səviyyədə öncül mövqeyə sahib olub. Gömrük sahəsində aparılmış islahatlar - “Yaşıl Dəhliz”, “Avtomatlaşdırılmış Gömrük Sistemi” və “Bir pəncərə” elektron sisteminin yaradılması, gömrük bəyannamələrinin elektron qaydada doldurulması və sertifikatların elektron formada təqdim edilməsi, eləcə də, gömrük rüsumları və vergilərinin elektron formada ödənilməsi Azərbaycanda ticarət prosedurlarının sadələşdirilməsinə xidmət edib və reytinqdə də “tam icra” kimi qiymətləndirilərək mövqeyimizin yaxşılaşdırılmasına gətirib çıxarıb. Eyni zamanda, Azərbaycanın 20 fevral 2021-ci il tarixindən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağızsız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən olması da qlobal müstəvidə ölkənin bu sahədə mövqeyinin yaxşılaşdırılmasına öz müsbət töhfəsini verib.
"İslahat icmalı"nın xüsusi buraxılışı ilə bu link vasitəsilə tanış olmaq mümkündür:
Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi UNESCAP-ın milli koordinatorudur.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib