ISESCO Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına çevrilməsini dəstəkləyir
İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilati (ISESCO) arasında Azərbaycanın Rəqəmsal Ticarət Qovşaği kimi tanınmasına dair anlaşma memorandumu imzalanıb. Sənədi İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı və ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri imzalayıb.
Tərəflər arasında imzalanan anlaşma memorandumu Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyinin gücləndirilməsi, xarici ticarət əməliyyatlarının genişləndirilməsinə və tranzaksiyaların artmasına kömək edəcək. Belə bir Qovşağın yaradılması xüsusi ilə islam ölkərində elektron imzaların qarşılıqlı tanınması baxımından önəmlidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, Mərkəz ilə ISESCO arasında imzalanan bu memorandum Azərbaycanın İslam dünyasında rəqəmsallaşdırma sahəsində öncül yerlərdə mövqelərinin daha da gücləndirilməsinə imkan yaradacaq.
Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəqəmsal Ticarət Qovşağına çevrilməklə nəinki islam ölkələri, həm də dünya üçün də yaxşı bir nümunə göstərir. Qeyd edək ki, anlaşma memorandumunun Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı imzalanması xüsusi önəm daşıyır. Bu əməkdaşlıq sənədi bir tərəfdən Azərbaycanın islam həmrəyliyinə, digər tərəfdən isə mədəniyyətlərarası dialoqa verdiyi önəmli töhvədir.
Tədbirdə qeyd olunuub ki, Azərbaycanın birinci Vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başlatdığı işin davamı olaraq, Rəqəmsal Ticarət Qovşağı regionun iqtisadi inkişafına öz töhvəsini verməklə Azərbaycnın lider mövqeyini də qoruyacaq.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf